Cari ilin yanvar-oktyabr aylarında 4 534,8 ha əkin sahəsinin 2 841 ha sahəsindən şəkər çuğunduru yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 31,8 ha və ya 1,1% azdır.
Yığım sahəsi, əkin sahəsinin 62%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 2 841,8 ha sahədən şəkər çuğunduru yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış şəkər çuğundurunun kütləsi 120 051,9 ton təşkil edib ki, bu da illik müqayisədə 28 589,9 ton və ya 18,6% azdır. 2022-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 153 641,8 ton şəkər çuğunduru yığılmışdı.
Hər hektar sahədən yığılmış şəkər çuğundurunun kütləsi isə 449,9 sentner təşkil edib ki, bu da son bir ildə 91,6 sentner, yaxud 16,9% azdır.
2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 540,6 sentner təşkil edib.