Cari ilin yanvar-sentyabr aylarında 4 534,8 ha əkin sahəsinin 1 172,9 ha sahəsindən şəkər çuğunduru yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 11,7 ha və ya 1% azdır.
Yığım sahəsi, əkin sahəsinin 25,9%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 1 184,6 ha sahədən şəkər çuğunduru yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış şəkər çuğundurunun kütləsi 47 677,9 ton təşkil edib ki, bu da illik müqayisədə 10 017,3 ton və ya 17,4% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 57 695,2 ton şəkər çuğunduru yığılmışdı.
Hər hektar sahədən yığılmış şəkər çuğundurunun kütləsi isə 406,5 sentner təşkil edib ki, bu da son bir ildə 80,5 sentner, yaxud 16,5% azdır.
2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 487 sentner təşkil edib.