2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 310 min 599,7 ton şəkər çuğunduru yığılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 96 min 889,0 ton və ya 45,3% artıb. Məhsul yığımının artması həm də yığılmış sahənin 1 919,3 hektar və ya 39,5% artması ilə müşayiət olunub. Belə ki, 2025-ci ildə 6 774,7 hektar sahədən məhsul yığıldığı halda, ötən il bu göstərici 4 857,4 hektar olmuşdu.
Qeyd olunan dövr ərzində şəkər çuğundurunun ümumi əkin sahəsi 7 275,1 hektar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 213 min 709,7 ton məhsul yığılmışdı.









