2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 924 min 587,8 ton kartof yığılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 4 min 346,1 ton və ya 0,5% artıb. Lakin məhsul yığılan sahə 1 823,2 hektar və ya 3,9% azalıb. 2025-ci ildə 44 925,4 hektar sahədən məhsul yığıldığı halda, ötən il bu göstərici 46 748,6 hektar olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə kartofun ümumi əkin sahəsi də 44 925,4 hektar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 920 min 241,7 ton məhsul yığılmışdı.









