2021-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə 375 qadın sahibkara 4 milyon 262 min manat məbləğində kredit verilib.
Eləcə də bax: Azərbaycanda fərdi sahibkarların - 21%-dən çoxu qadındır
FED.az xəbər verir ki, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, güzəştlər 3,204 milyon manat təşkil edib.
"2021-2022 təsərrüfat ili ərzində dövlət büdcəsi vəsaitləri hesabına Azərbaycanda 56,4 min manat subsidiyalar ödənilib", - İ.Qədimova deyib. (Trend)