Fərdi sahibkarların 21%-dən çoxunu qadınlar təşkil edir.
Sahibkarlığın İnkişafı Fondu qadın sahibkara güzəştli kredit - VERDİ
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, KOBİA-nın dəstəyi ilə qadın sahibkarların sayını artırmaq üçün daxili bazar araşdırması, startap kimi dəstək mexanizmlərindən faydalanmasına yardım edilir.
"Qadın sahibkarların güzəştli maliyə resurslarına çıxış imkanları üçün fürsət yaradılıb və KOB tərəfindən dəstək tədbirlərindən 4 minə yaxın qadın sahibkar faydalanıb. Agentlik tərəfindən göstərilən dəstəklə 5 qadın sahibkara qrant, 9 qadın sahibkara innovasiya üzrə gəlirlərdən vergi azadedilməsi şəhadətnaməsi verilib", deyə O. Məmmədov bildirib.(Apa)