Cari ilin yanvar-sentyabr aylarında 93 722 ha əkin sahəsinin 16 min 009 ha sahəsindən pambıq yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 18 min 493,8 ha və ya 2,1 dəfə azdır.
Keçən iln müvafiq dövründə isə 34 min 503 ha sahədən pambıq yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış pambığın kütləsi 14 min 295,5 ton təşkil edib ki, bu da illik müqayisədə 24 min 469,1 ton və ya 2,7 dəfə azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 38 min 764,6 ton pambıq yığılmışdı.
Hər hektar sahədən yığılmış pambığın kütləsi isə 8,9 sentner təşkil edib ki, bu da son bir ildə 2,6 sentner, yaxud 22,6% azdır.
2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 11,5 sentner təşkil edib.