Cari ilin yanvar-sentyabr aylarında 17 224 ha sahədən bostan bitkiləri yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 2 893,7 ha və ya 14,4% azdır.
Keçən iln müvafiq dövründə isə 20 117,7 ha sahədən bostan bitkiləri yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış bostan məshullarının kütləsi 437 min 595,9 ton təşkil edib ki, bu da illik müqayisədə 28 min 858 ton və ya 6,2% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 466 min 454,1 ton məhsul yığılmışdı.
Hər hektar sahədən yığılmış məhsulun kütləsi isə 254,1 sentner təşkil edib ki, bu da son bir ildə 22,2 sentner, yaxud 9,6% çoxdur.
2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 231,9 sentner təşkil edib.