Cari ilin yanvar-noyabr aylarında 49 475.5 ha əkin sahəsinin 49 448.5 ha sahəsindən kartof yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 5 327,2 ha və ya 9,7% azdır.
Yığım sahəsi, əkin sahəsinin 99,9%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 54 775 ha sahədən kartof yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən kartof kütləsi 995 916,4 ton təşkil edib ki, bu da illik müqayisədə 56 340,9 ton və ya 5,4% azdır. 2022-ci ilin yanvar-noyabr aylarında ümumilikdə 1 052 257 ton kartof yığılmışdı.
Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 201,4 sentner təşkil edib ki, bu da son bir ildə 9,3 sentner, yaxud 4,8% azdır.
2022-ci ilin 11 ayında məhsuldarlıq hər hektar üçün 192,1 sentner təşkil edib.