2016-cı ildən pomidor istehsal edən “Karvan-L Eko” MMC ilk özəl sənaye parkıdı və Azərbaycanda ilk orqanik məhsul yetişdirənlərdəndir.
Eləcə də bax: Azərbaycanın daha 4 sahibkarlıq subyekti Rusiyaya pomidor - İxrac Edə Biləcək - SİYAHI
FED.az xəbər verir ki, şirkət Ağstafa rayonunda yerləşən istixanda orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar çərçivəsində pomidor yetişdirir.
İstixanada əsas məqsəd il boyu əhalini ekoloji təmiz məhsulla təmin etməkdir.
Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.
Pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd edək ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanmışdır.
Xəstəlik və zərərvericilərlə mübarizə zamanı bioloji preparatlardan və üsullardan istifadə edilir.
Pomidorun tərkibində olan ən əsas antioksidant xassəli maddə likopindir. Bu maddə insan orqanizmində xəstəliyə yol aça biləcək sərbəst radikalları məhv edir. Pomidor meyvələrində B9 (Foli turşusu), A(karotin), C (askorbin turşusu), PP(nikotin turşusu), B 1(tiamin) və B 2 ( riboflavin) vitaminləri mövcuddur. Pomidor qida məhsulu kimi orqanizmdə yaratdığı enerji (160-200kkal/ kq) çox olmasa da, insan üçün faydalılığı tərkibində olan bioloji aktiv maddələrlə və mineral duzlarla zənginliyindədir. Belə ki, bir stəkan pomidor sirəsində sadəcə 30 kalori və 0.5 qram yağ var.