Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə sabahdan Azərbaycanın daha 4 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.
Eləcə də bax: Daha 27 müəssisədən Rusiyaya pomidor və alma ixracına - İcazə Verilib - SİYAHI
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “Eko Agro” MMC, eləcə də 3 fiziki şəxs - Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu və Əliyev Fuad Paşa oğludur. (Report)