2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 659,0 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artmış, yun istehsalı 2,2 faiz, barama istehsalı 32,9 faiz azalıb.
2024-cü ildə hər inək və camışdan orta hesabla 1834 kiloqram (2023-cü ildə 1746 kq) süd sağılıb. İlkin məlumatlara görə 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.