2024-cü ildə Azərbaycan 109 min 787,9 ton alma, armud və heyva ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur.
Azərbaycandan pomidor ixracında 3,6% artım qeydə alınıb - 175 MİLYON DOLLAR GƏLİR
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən il bu meyvələrin ixracından 70 milyon 165,8 min ABŞ dolları gəlir əldə olunub ki, bu da əvvəlki ilə nisbətən 5,8 % çoxdur.
"Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir", - deyə nazirlik bəyan edib.