Bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 370,4 mln. manat təşkil edib ki, onun da 2 153,7 mln. manatı heyvandarlıq, 2 216,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Eləcə də bax: Azərbaycanda kənd təsərrüfatı məhsullarının - İstehsalı 2,9% Artıb
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4%, bitkiçilik məhsulları üzrə isə 8,9% artıb.