2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.
Azərbaycanın Gürcüstandan gətirdiyi qoyun-inək - 40%-DƏK BAHALAŞIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.
Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. (Apa)