2024-cü ilin yanvar-iyul aylarında diri çəkidə 331,2 min ton ət, 1312,0 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalıb.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,2 faiz artıb
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Avqust ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 935,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton (0,2 faiz çox) tərəvəz, 598,6 min ton (10,0 faiz az) kartof, 429 min ton (10,3 faiz çox) bostan məhsulları, 331,1 min ton (5,1 faiz çox) meyvə və giləmeyvə, 22 min ton (2,4 dəfə çox) şəkər çuğunduru, 5,8 min ton (28,2 faiz az) üzüm, 1,8 min ton (35,9 faiz az) günəbaxan, 1,8 min ton (2,2 faiz çox) tütün, 773,4 ton (7,8 faiz çox) yaşıl çay yarpağı yığılıb.