2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 345 min 326,3 ton pambıq yığılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 102 min 303,5 ton və ya 42,1% artıb.
Bu dövrdə pambığın ümumi əkin sahəsi 100 min 557,8 hektar təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 243 min 22,8 ton məhsul yığılmışdı.









