Azərbaycanda bu gün istifadə olunan suvarma sistemlərinin təxminən 5 %-i idarəolunandır.
Azərbaycanda peyk həllərinin köməyilə əkin sahələrinə nəzarət olunması planlaşdırılır
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar İnnovasiyalar Forumunda çıxışı zamanı deyib.
M. Məmmədovun sözlərinə görə, bu rəqəm kifayət qədər azdır.
"Bizim əsas hədəflərimizdən biri bunun miqyasını genişləndirməkdir. Həmçinin qlobal istiləşmənin də kənd təsərrüfatına mənfi təsirləri var. Bu haxımdan suyun düzgün formada idarə edilməsi olduqca əhəmiyyətlidir", - nazir əlavə edib. (Report)