"Agrodairy" MMC "Azərkosmos" ASC ilə əməkdaşlıq etməyi planlayır.
FED.az xəbər verir ki, bunu "Agrodairy" MMC-nin baş direktoru Niyazi Əmirbəyov "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, peyk həllərinin köməyilə əkin sahələrinə nəzarət etmək planlaşdırılır.
"Məlumatımız nə qədər çox olarsa, bir o qədər effektiv qərarlar verə bilərik. Hesab edirəm ki, böyük həcmdə məlumatların, o cümlədən peyk məlumatlarının emalı süni intellektin köməyilə həyata keçirilməlidir. Bundan başqa, düşünürəm ki, bu gün insanlar tərəfindən idarə edilən traktorlar gələcəkdə məsafədən idarə olunacaq", - o deyib. (Trend)