Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlığın təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın və “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə qərarda dəyişiklik edib.
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
FED.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Dəyişikliklə nəqliyyat vasitələrinin mühərrik, ban, şassi nömrələri ilə yanaşı rəngi də dəyişdirildikdə 10 gün ərzində Dövlət Aqrar İnkişaf Mərkəzində qeydiyyata alınmalıdır. Bundan başqa, mühərrik, zavod və şassi nömrələrinin, habelə rənginin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluğu halında nəqliyyat vasitəsi müəyyən edilmiş qaydada saxlanılacaq, akt tərtib ediləcək və materiallar baxılması üçün aiddiyyəti hüquq-mühafizə orqanlarına göndəriləcək.
Eyni zamanda, bundan sonra nəqliyyat vasitəsinin adı və markası, dövlət qeydiyyat nişanı, şassi nömrəsi, mühərrik nömrəsi, buraxılış ili ilə yanaşı rəngi də texniki baxış kitabına qeyd ediləcək və elektron daşıyıcıya köçürüləcək.
Nazirliyin Hüquq və İcra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.