Azərbaycanda aqrar şirkət nizamnamə kapitalını azaldır.
Eləcə də bax: "PMD Hospitality"nin Bakıdakı 5 ulduzlu otelinin nizamnamə kapitalı - ARTIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Balacans Agro Food” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 500000 manat azaldılaraq 9066667 manat məbləğində müəyyən edildiyini bildirir.
Bu şirkət 2-ci dəfə kapitalını azaldır. Belə ki, “Balacans Agro Food” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəl nizamnamə kapitalının 15471788 manat azaldılaraq 9566667 manat məbləğində müəyyən etmişdir.
Qeyd edək ki, “Balacans” MMC şirkəti Balakən şəhərində yerləşir və qanuni təmsilçisi Abdulqədir Ansuxskiy-dir. Şirkətin əsas fəaliyyət sahəsi meyvə və tərəvəz şirələrinin istehsalıdır.