Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 685,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Eləcə də bax: Ötən il Rusiya və Azərbaycan aqrar məhsulların ticarət dövriyyəsini - 4% ARTIRIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Son 2 ayda istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 14,8 % artaraq 145,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 1 540 milyon manat təşkil edib. (Report)