Ədliyyə Nazirliyi Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyini dövlət qeydiyyatına alıb.
Aqrar sektorda 68,6 milyon manat - Güzəştli Kredit Verilib
FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı Ədliyyə Nazirliyi Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməni, eləcə də dövlət reysterindən çıxarışı təqdim edib.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi dövlət qeydiyyatından keçməklə sahə işçilərini təmsil etmək hüququ qazanır, təşkilati-hüquqi formasından asılı olmayaraq aqrar sahədə dövlət və ya özəl müəssisələrdə fəaliyyət göstərən həmkarlar təşkilatlarını özündə birləşdirir.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi öz fəaliyyətini ölkə Konstitusiyası, Mülki Məcəllə, “Həmkarlar İttifaqı haqqında” qanun və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirən Respublika Həmkarlar İttifaqı Birliyidir.