Bu ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 6390 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
11 ayda 147,4 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLİB
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk 11 ayında aqrar sektorda fəaliyyət göstərən 3532 fiziki və hüquqi şəxsə 68,6 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-noyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 12,5 faiz (505 nəfər) azalsa da, kredit məbləği 8,2 faiz (5,2 milyon manat) artıb.
Verilən kreditlərin 47,4 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 925 min manatı güzəştli kreditlər, 20,27 milyon manatı isə mikrokreditlərdir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)