Azərbaycanda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır.
Eləcə də bax: Azərbaycanda kənd təsərrüfatının istehsalı - 3,1% ARTIB
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb.
Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.
Azərbaycanda bu günədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib.
İnvestisiya təşviqi sənədi alan 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,3 mlrd. manat özəl investisiya qoyulub.
Ötən il ərzində aqroparklarda 138 min ton buğda, 68 min ton arpa, 94 min ton dən qarğıdalı, 117 min ton şəkər çuğunduru, 71 min ton silos üçün qarğıdalı, 19 min ton pambıq, 2,3 min ton soya, 27 min ton yonca, 33 min ton süd və 2,3 min ton ət istehsal olunub.
Ümumilikdə 2018-2021-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7600 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2021-ci ildə 17 min ton alma, 921 ton zeytun, 960 ton badam, 934,7 ton nar, 1356 ton üzüm, 715 ton şaftalı, 368 ton armud və s. yığılıb. 2021-ci il ərzində meyvə bağlarından ümumilikdə 23 255 tondan çox məhsul əldə edilib.