Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 mln. manat təşkil edib.
Eləcə də bax: Kənd təsərrüfatı üzrə kreditlərin müddəti - UZADILA BİLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 733,5 mln manatı heyvandarlıq, 41,2 mln. manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5%, bitkiçilik məhsulları üzrə 14,1% artıb. (Apa)