Cari ilin yanvar-oktyabr aylarında 61 227,5 ha əkin sahəsinin 61 092 ha sahəsindən tərəvəz yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 4 083,6 ha və ya 6,3% azdır.
Yığım sahəsi, əkin sahəsinin 99,8%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 65 176,1 ha sahədən tərəvəz yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən yığılmış tərəvəzin kütləsi 1 753 579,9 ton təşkil edib ki, bu da illik müqayisədə 24 259 ton və ya 1,4% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 729 min 320,9 ton tərəvəz yığılmışdı.
Hər hektar sahədən yığılmış tərəvəzin kütləsi isə 287 sentner təşkil edib ki, bu da son bir ildə 21,7 sentner, yaxud 8,2% çoxdur.
2022-ci ilin 10 ayında məhsuldarlıq hər hektar üçün 265,3 sentner təşkil edib.