2020-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan 15,686 milyon dollar məbləğində təzə xurma ixrac edib.
Eləcə də bax: Azərbaycanın nar ixracındakı məhdudiyyətlərin səbəbləri - Açıqlandı
FED.az xəbər verir ki, bunu Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov deyib.
Onun sözlərinə görə, bu müddət ərzində ixrac həcmi 20 087 ton təşkil edib.
O bildirib ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə təzə xurma ixracı 25 faiz azalıb:
"Təzə xurmanın bir kiloqramı üçün ixrac qiyməti 1,5 dollar, qurudulmuş və dondurulmuş xurmanın qiyməti 10 dollar təşkil edib. Azərbaycanın daxili bazarında təzə xurmanın kiloqramı 2,5-3 manata bərabət olub".
Q.Yusifov bildirib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında təzə xurma əsasən Rusiya, Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub:
"Bu ilin sonunadək Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixraca başlamağı planlaşdırırıq". (Trend)