"2019-cu ildə Türkiyə 85 ölkəyə toxum ixrac edib, amma bu rəqəm kifayət deyil və bunu artırmalıyıq".
FED.az xəbər verir ki, bunu qonşu ölkənin Toxum İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Hacı Ömər Gülər deyib.
Eləcə də bax: Azərbaycanda yeni - TOXUM MAĞAZASI AÇILIB
O, ən çox toxum ixrac etdikləri ölkələrin adlarını da açıqlayıb və ilk 3-lüyə Ukrayna, Kanada və Azərbaycanın düşdüyünü bildirib.
Maraqlıdır ki, toxum ixrac edən Türkiyə daxili tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Belə ki, ötən il ölkədə 1,06 milyon ton toxum istehsal olunsa da, tələbat 2 milyon tona yaxın olub.
Report