Rusiya istixana tərəvəzlərinin istehsalını artırır, çatışmayan istehsal həcmini və istehlakçılarının tərəvəzə olan tələbatını isə digər ölkələrdən idxal hesabına ödəyir.
Eləcə də bax: Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını - ARTIRIR
FED.az Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Rusiya bazarına tədarük həcminə görə TOP-5 ölkə sırasına Misir (tərəvəz idxalında 22% pay), Çin (təqribən 16%), Türkiyə (12%), İsrail (təxminən 10%) və Azərbaycan (8,8%) daxildir.
Nazirliyin məlumatına görə, 2021-ci ildə Rusiya Federasiyası tərəvəz məhsulları ilə özünü təmin etmək baxımından 87% səviyyəsinə çatıb ki, onun ümumi həcmində istixana tərəvəzlərinin payı durmadan artır.
Məsələn, cari ilin əvvəlindən qorunan sahədə 216 min tondan çox tərəvəz yığılıb. Ötən illə müqayisədə istehsal 10% artıb. Xüsusilə, bu il Rusiya istixanalarında artıq 133 min tondan çox xiyar (artım 8,6%), təqribən 78 min ton pomidor (artım təxminən 12%) yığılıb. (Apa)