2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 18 milyon 87 min ABŞ dolları dəyərində 181 min 823 baş diri qoyun idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə hesabat dövründə ən çox qoyun Gürcüstandan (159,4 min baş), ən yüksək qiymətə isə Rusiydan (179 manat) idxal olunub.
Hesabat dövründə ümumilikdə Azərbaycana qoyun idxalçıları Rusiya, Gürcüstan və Qazxıstan olub.
Ötən il Rusiyadan 18,1 min, Qazaxıstandan 4 min 284 baş qoyun gətirilib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin nəticələrinə görə 99 dollar (179 manat) olub.
Bu göstərici Qaxıstan üzrə 123 manat, Gürcüstan üzrə 169 manat təşkil edib.
Daha ətraflı aşağıdakı cədvəldə:
S/n |
Ölkələr |
Say (ədəd)
|
Dəyər (dollar)
|
1 ədəd qoyunun orta idxal qiyməti (manat) |
1 ədəd qoyunun orta idxal qiyməti (dollar) |
1 |
Diri qoyunlar |
181 823 |
18 086 950 |
$99 |
169 ₼ |
2 |
Rusiya |
18 110 |
1 902 750 |
$105 |
179 ₼ |
3 |
Gürcüstan |
159 429 |
15 873 030 |
$100 |
169 ₼ |
4 |
Qazaxıstan |
4 284 |
311 160 |
$73 |
123 ₼ |