2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 10 milyon 719 min ABŞ dolları dəyərində 112 min 504 ədəd diri qoyun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cüi il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 639 dollar və ya 44%, miqdar baxımından isə 138 min 575 ədəd və ya 2,2 dəfə azdır.
2023-ci ilin yanvar-avqust aylarında 19 milyon 412 min dollar dəyərində 251 min 79 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 8 ayına görə 95 dollar (162 manat) olub ki, bu illik müqayisədə 18 dollar (31 manat) və ya 23% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 77 dollar (131 manat) təşkil edib.