2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 10 milyon 719 min ABŞ dolları dəyərində 112 min 504 baş diri qoyun idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə hesabat dövründə ən çox qoyun Gürcüstandan (98,8 min baş), ən yüksək qiymətə isə Rusiydan (174 manat) idxal olunub.
Hesabat dövründə ümumilikdə Azərbaycana qoyun idxalçıları Rusiya, Gürcüstan və Qazxıstan olub.
1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 8 ayına görə 95 dollar (162 manat) olub.
Daha ətraflı aşağıdakı cədvəldə:
|
Ölkələr |
Sayı |
Məbləğ (dollar) |
1 ədəd orta idxal qiyməti (dollar) |
1 ədəd orta idxal qiyməti (manat) |
S/n |
Diri qoyunlar |
112 504 |
10 719 200 |
95 |
162 |
1 |
Rusiya |
10 260 |
1 049 390 |
102 |
174 |
2 |
Gürcüstan |
98 794 |
9 445 840 |
96 |
163 |
3 |
Qazaxıstan |
3 450 |
223 970 |
65 |
110 |