Azad olunan torpaqların bərpası hesabına Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edə biləcək.
Eləcə də bax: Azərbaycanda ərzaq ehtiyatlarının operativ monitorinqi sistemi - YARADILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, bu gün ölkənin özünü süd məhsulları ilə təmin etmə səviyyəsi 83-85%-dir, ətlə təmin etməsi isə ümumi olaraq 84% təşkil edir.
"Amma burada belə bir məqam var – qoyun əti ilə təminat 100%-dir, mal əti ilə 90%-dən yuxarıdır, quş əti ilə təminat isə 80% civarındadır. Bizim qiymətləndirmələr onu göstərir ki, azad olunan torpaqlarımızın, o cümlədən taxılçılığın bərpası hesabına orada heyvandarlığın da inkişafı təmin olunacaq. Yəni həmin ərazilərdə taxılçılıq sayəsində heyvandarlığın yem bazası təmin ediləcək. Ondan sonra, bizim hesablamalara görə, ət və südlə təminatımız təqribən 98-99%, yəni demək olar ki, tam özünü təmin etməyə imkan verəcək", - deyə F. Fikrətzadə qeyd edib.