2024-cü ildə Azərbaycanın diri qoyun ixrac edən ölkələr sırasında olan Qazaxıstan 2025-ci ildə bazarı tamamilə tərk edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci il ərzində Qazaxıstandan Azərbaycana diri qoyun idxalı həyata keçirilməyib.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Qazaxıstandan ölkəmizə 311 min dollar dəyərində 4 min 284 baş diri qoyun gətirilmişdi.
Xatırladaq ki, ötən il Qazaxıstandan idxal olunan bir baş qoyunun orta qiyməti 72,6 dollar (təxminən 123,4 manat) təşkil edirdi ki, bu da Rusiya və Gürcüstandan idxal olunan qoyunların qiymətindən xeyli aşağı idi.











