Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı üzrə xərclər 138,9 % və yaxud 334,5 milyon manat səviyyəsində icra olunub.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % və yaxud 7,5 milyon manat azdır.
Hesabat dövründə kənd təsərrüfatı xərcləri faktiki büdcə xərclərinin 4,1 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən kənd təsərrüfatı sektoruna 1 milyard 203,806 milyon manat ayrılması nəzərə tutulub.