Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal ediib.
FED.az bu barədə Dövət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artıb.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış, içkilərin istehsalı 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, tütün məmulatlarının istehsalı 3,1 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,0 faiz, tikinti materiallarının istehsalı 9,5 faiz, mebel istehsalı 9,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,1 faiz, kağız və karton istehsalı 31,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 32,8 faiz, geyim istehsalı 45,3 faiz, poliqrafiya məhsullarının istehsalı isə 55,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz artıb.