Aqrar

Azərbaycan buğda idxalını - 65% ARTIRIB

Azərbaycan buğda idxalını - 65% ARTIRIB | FED.az
15:26 14 Yan 2020

Azərbaycan buğda idxalını 65% artırıb.

FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 2019-cu il Azərbaycana ümumi çəkisi 1 584 998.20 ton, dəyəri isə 340 milyon 533 min dollar olan buğda idxal olunub.

Eləcə də bax:Azərbaycana satıb 58,5 - MİLYON DOLLAR QAZANIBLAR

Belə ki, 2018-cu illə müqayisədə 2019-ci ildə idxal olunan buğdaya 134 milyon 566 min dollar və ya 65,33% daha çox pul ödənilib.

Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-ci ildə idxal olunan buğdanın həcmi isə 504092,69 ton və ya 46,63% daha çox olub.

Məlumat üçün bildirək ki, 2018-ci ildə ümumilikdə 1 080 905.51 ton buğda idxal olunub ki, buna görə də, 205 milyon 967 min dollar ödənilib.

Digər xəbərlər