Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 265 min ton buğda alıb.
FED.az Marjaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “Xabar 24” telekanalı məlumat yayıb.
Eləcə də bax:Azərbaycanda bu şirkətin - 200 HEKTAR BAĞI VAR
Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 30% artıb.
Bütövlükdə Azərbaycana 58,5 milyon dollar dəyərində taxıl tədarük edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında 240 milyon 747 min dollar dəyərində 1 milyon 113 min ton buğda (artım 34,2%) idxal edib. Beləliklə, Azərbaycanın idxal etdiyi bütün buğdanın 23,8%-i Qazaxıstanın payına düşüb.