Bu ilin ilk 7 ayında Azərbaycandan 17 milyon dollar həcmində 7 min 282 ton pambıq iplik ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,6 milyon dollar və ya 18,2%, miqdar ifadəsilə isə 1 min 603 ton, başqa sözlə 28,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 14,4 milyon dollar dəyərində 5 min 679 ton pambıq iplik ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 32 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik və ya 8,1% ucuzlaşma deməkdir.