Bu ilin ilk 7 ayında Azərbaycandan 34,8 milyon dollar həcmində 541 min 401 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8,6 milyon dollar və ya 32,7%, miqdar ifadəsilə isə 117 min 514 ton, başqa sözlə 27,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 26,2 milyon dollar dəyərində 423 min 887 ton sement ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 11 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10,5 qəpik idi. Bu da illik müqayisədə cüzi bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 0,23%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,66%-i sementin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,16% olub.