2021-ci ildə Azərbaycan kartof ixracını 13,5% artırıb, idxal 2020-ci ildəki səviyyədə qalıb.
FED.az xəbər verir ki, 2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min dəyərində (artım 18,6%) 92,343 min ton kartof (artım 13,5%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $38 milyon 476,56 min dəyərində (artım 24,9%) 85,412 min ton kartof (artım 23,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 92,5%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycana $44,732 milyon dəyərində (azalma 9,7%) 182,901 min ton kartof (artım 0,1%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən $40 milyon 4,46 min dəyərində 164,544 min ton kartof idxal edilib.
2020-ci ildə Azərbaycan $33 milyon 786,21 min dəyərində 81,388 min ton kartof ixrac edib. (İnterfaks-Azərbaycan)