Bu il Azərbaycanda 20 min tona yaxın düyü istehsalı gözlənilir.
Azərbaycanda yerli uzun düyü 14% ucuzlaşıb , idxal düyü 7% bahalaşıb- QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il çəltik istehsalında 4-5 min ton artım proqnozlaşdırılır. Çəltik əkini sahələri təxminən 1000 hektar artaraq 4700 hektara yaxınlaşıb. Sahələrdə qədim yerli sortlarla yanaşı, ətirli, brend sort düyülər də əkilib.
Çəltik əkini sahələri, əsasən, Lənkəran, Salyan, Biləsuvar, Ucar, Ağdaş və Zərdab rayonlarında genişlənib. Hazırda əkin sahələrindəki məhsulların təqribən 35 faizi yığılıb, məhsul yığımı davam edir: “Əkin sahələrində də məhsuldarlıq artıb. Ən zəif sahələrdə hər hektar üzrə məhsuldarlıq 32 sentnerdən başlayır. Amma proqnozumuza görə, hər hektardan 38-40 sentner məhsul götürüləcək”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)