2024-cü ilin avqust ayında Azərbaycanda uzun düyünün 1 kq-nın orta satış qiyməti 4.50₼ təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin avqust ayı ilə müqayisədə 0,11₼ və ya 2% azdır.
Bununla yanaşı yerli istehsal olan uzun düyünün 1 kq-ının qiyməti 4,52₼ təşkil edib ki, bu da illik fərqlə 0,76₼ və ya 14% azdır.
Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 4,36 ₼ təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,30₼ və ya 7% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin avqust ayında 1 kq uzun düyünün orta qiyməti 4,61% manat təşkil edib.
Yerli düyünün qiyməti 5,28₼, idxal düyünün qiyməti isə 4,06₼ olub.