Respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.
Eləcə də bax: Fermerlərə çox ciddi ziyan dəyib, sığortalanmış sahələrdə - 278 MİLYON MANATLIQ RİSK
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib, əkin sahələrini sığortalayan fermer və sahibkarları öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda müraciət etməyə çağırır.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır. Artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa başlayıb.
Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan faydalanmaq ən sərfəli üsuldur Təsərrüfatlarını sığorta edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtinda məlumat verməyə çağırırıq. Hava şəraitinin piləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumat vermək tələb olunur.