Aqrar Sığorta Fondu bu il 22-23 milyon manat investisiya edəcək.
Aqrar Sığorta Fondunun aktivləri 3 dəfədən çox artıb
FED.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə bildirib.
"Fondun Himayəçilər Şurası var və orada 3 dövlət qurumu - Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı təmsil olunur. Onlar hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edir. Yığdığımız vəsait dövlət qiymətli kağızlarına, beynəlxalq reytinq agentliklərindən yüksək reytinq almış banklara qoyulur. Ölkədə 5 belə bank var", - deyə o qeyd edib.
F. Sadıqov həmçinin bildirib ki, hazırda Azərbaycanda 41 adda məhsul sığortası var və bu ildən etibarən Azərbaycanda arıçılıq təsərrüfatlarının sığortalanması hədəflənir: “Bu məqsədlər sırasındadır. Lakin hədəfimiz bunu daha da artırmaqdır".
O həmçinin əlavə edib ki, Fondun ən çox ödəniş etdiyi rayonlar Ağcabədi, Ağstafa, Qobustan, Samux, Saatlı, Şəkidir. (Report)