Hər il 450 min hektar ərazi sığortalanır və bu göstəricidə hər il artım qeydə alınır.
Sığortalanan əkinlərin sahəsində 6% artım qeydə alınıb
FED.az xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə əkinəyararlı ərazilərin 96 faizi sığorta üçün əlçatandır.
“Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 9 milyon manat təşkil edir və aqrar sığorta sisteminin 4-5 il ərzində fəaliyyəti nəticəsində aktivlər 9 milyondan 30 milyon manata qədər artıb. Sistemin dayanıqlığı prizmasından bu, vacib mesajdır”, - deyə o bildirib. (Azərtac)