3-5 mart tarixlərində Türkiyənin Antalya şəhərində regionun ən böyük sığorta tədbirlərindən biri - Beynəlxalq Sığorta Sərgisi və Konqresi keçirilib.
Eləcə də bax: TARSİM nümayəndə heyəti Bakıda – AQRAR SIĞORTA FONDUNDA GÖRÜŞ
FED.az xəbər verir ki, Türkiyə Sığorta Birliyinin (TSB) təşkilatçılığı ilə baş tutan tədbirə Türkiyə və region ölkələrinin sığorta qurumları, iri sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, sığorta bazarının çoxsaylı iştirakçıları qatılıb.
Sərgi-konqresdə iqlim dəyişiklikləri və fəlakət riskləri, maliyyə sığortası və rəqəmsal sığorta kimi mövzular müzakirə edilib.
Türkiyədə keçirilən Beynəlxalq Sığorta Sərgisi və Konqresdə Azərbaycanın Aqrar Sığorta Fondu (ASF) da təmsil olunub. Fondun idarə heyətinin sədri Fuad Sadıqov «Dünyada kənd təsərrüfati siğorta tətbiqləri» mövzusunda paneldə iştirak edib. Onun rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində Türkiyənin sığorta təşkilatları, o cümlədən TARSİM rəhbərliyi ilə görüşlər keçirib.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən fəaliyyətə başlayan Aqrar Sığorta Fondu əkin sahələrini, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlərdən sığortalayır.