2023-cü ilin yanvarında Azərbaycandan xaricə pomidor ixracı həcmi və ondan daxil olan vəsaitlər azalıb.
Azərbaycan bu ilin əvvəlindən Moskvaya 1,3 min tondan çox pomidor - İXRAC EDİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvarında xaricə ümumi məbləği 10 milyon 545 min dollar olan 9 min 26 ton pomidor ixrac edilib. 1 kiloqram pomidorun ixrac qiyməti təqribən 1,17 dollar təşkil edib.
Ötən ilin yanvarı müqayisədə pomidor ixracı məbləğ ifadəsində 3,2 milyon dollar və ya 23% azalıb.
Belə ki, 2022-ci ilin yanvarında Azərbaycandan xaricə ümumi məbləği 13 milyon 742 min dollar olan 11 470 ton pomidor ixrac edilib. Pomidorun 1 kiloqramının ixrac qiyməti 1,2 dollar təşkil edib.