Aqrar

182 mindən artıq fermerə payızlıq əkinlərə görə - Subsidiya Ödənilib

182 mindən artıq fermerə payızlıq əkinlərə görə - Subsidiya Ödənilib | FED.az
10:45 9 Mart 2021

Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib.

Eləcə də bax: Azərbaycanda ötən il aqrar sektor 278 milyon manata yaxın - Subsidiya Alıb

Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) FED.az-a verilən məlumata görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.

2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.

Banner
Banner

Digər xəbərlər